Yapon mütəxəssis Taro Savada Şəki REM-in qonağı olub
Apr 04, 2025 | 07:00
10 aprel 2025-ci il tarixində “TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada AMEA-nın Şəki Regional Elmi Mərkəzinin qonağı olub.
Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü yapon iş adamını Mərkəzlə tanış edib, daha sonra yaşıl enerjinin və CO2 emissiyasının azaldılması yollarının müəyyənləşdirilməsi, gələcək perspektivlər və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.
Taro Savada qeyd edib ki, gələcəkdə buraya investrların cəlb edilməsi, investisiya qoyuluşunun artması, iqtisadi və mədəni əməkdaşlıq Azərbaycan ilə Yaponiya arasında əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin yaradacaq.
Sonda yaponiyalı qonaq tərəfindən Yusif Şükürlüyə hədiyyələr təqdim edilib, xatirə fotoşəkilləri çəkilib.