Müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
Mart 25, 2025 | 04:00
Mart ayının 25-də Müqəddəs Ramazan bayramı ərəfəsində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə iftar süfrəsi təşkil edilib.
Şəki REM-in ümumi işlər üzrə direktor müavini Rəhim Abdurahmanov Ramazan ayının mənəvi paklıq, mərhəmət və şəfqət ayı olduğunu qeyd edərək kollektiv üzvlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.