27 mart Azərbaycanda Elm günüdür
Mart 27, 2025 | 04:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə hər il martın 27-si ölkəmizdə “Elm günü” kimi qeyd edilir.
AMEA-nın Şəki Regional Elmi Mərkəzi olaraq Azərbaycan elminin inkişaf və tərəqqisinə, dünya elminə inteqrasiyasına böyük töhfələr verən, xalqımızın tarixi-mədəni irsinin qorunması istiqamətində əzmlə çalışan, respublikanın ictimai-siyasi həyatında mühüm rol oynayan ziyalıların yetişməsində müstəsna xidmətlər göstərən, milli ideoloji fikir tarixində özünəməxsus yeri olan, cəmiyyətdə gedən proseslərin mərkəzində dayanmaqla dövlətçiliyə sədaqətini nümayiş etdirən AMEA ailəsini, Vətənimizin gələcək inkişafı yolunda uğurla addımlayan elm adamlarını Elm günü münasibətilə təbrik edir, bundan sonrakı elmi fəaliyyətdə yeni perspektiv və nailiyyətlər arzulayırıq.