Şəki Regional Elmi Mərkəzdə "İş yerində təhlükəsiz davranış qaydaları" mövzusunda təlim təşkil edilib
Mart 14, 2025 | 12:00
12-13 mart 2025-ci il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Əməyin təhlükəsizliyi üzrə mühəndisi Şahmar Babayev Şəki REM əməkdaşlarına "İş yerində təhlükəsiz davranış qaydaları" mövzusunda təlim keçib.
Təlimçi təlimin məqsədini açıqladıqdan sonra "İş yerində təhlükəsizlik mədəniyyəti", "İşçilərin və işəgötürənlərin təhlükəsizliklə bağlı məsuliyyəti", "İş yerində potensial təhlükələr", "İş yerində təhlükəsiz davranış qaydaları", "İş yerində təhlükəsizliyin əhəmiyyəti və məsuliyyətin gücləndirilməsi" bəndləri üzrə ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.