Şəki Regional Elmi Mərkəzin əməkdaşı nüfuzlu jurnalda rəyçi olub
Mart 05, 2025 | 12:23
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Vəfa Atayeva Scopus elmmetrik bazasında olan "Journal of the Turkish Chemical Society Section A: Chemistry" jurnalında "Vyetnamın Long An əyalətində yetişdirilən yaşıl limon qabığından (Citrus aurantifolia) alınmış efir yağı: Kimyəvi tərkibi və bioloji fəaliyyətləri" adlı məqaləyə rəy verib.
Qeyd edək ki, 23 fevral 2024-cü il tarixində Türkiyənin TÜBİTAK təşkilatı ilə AMEA arasında elmi əməkdaşlıq müqaviləsi imzalanıb. AMEA-nın 3 jurnalı həmin nüfuzlu qurumun Ulaqbim-Dərgi Park elektron jurnallar bazasına daxil edilib. “Elektron Akademiya” şöbəsi tərəfindən AMEA-nın da Dərgi Park elektron nəşrlər şəbəkəsi yaradılıb.
Vəfa Atayevanı elmi nailiyyəti münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.