AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları vebinarda iştirak ediblər
Fev 19, 2025 | 12:54
Fev 19, 2025 | 12:54
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları- Aygün İsmayılova və Elvin Qarayev “Scopus müəllif profilinin potensialını kəşf et” mövzusunda Elsevier vebinarında iştirak ediblər.
Vebinarda “Scopus” müəllif profillərinin tədqiqat sahəsində əhəmiyyəti, elmi işlərin istinad sayını artırmaq üçün profil optimallaşdırma üsulları, həmçinin şəbəkələşmə və elmi əməkdaşlıq imkanları müzakirə olunub.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.








