Şəki Regional Elmi Mərkəzin əməkdaşı vebnarda iştirak edib
Yan 29, 2025 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev “"Web of Science” bazasında sosial elmlər, incəsənət və humanitar elmlər məzmunu ilə axtarışınızı daha da genişləndirin" mövzusunda vebinarda iştirak edib.
Vebinarda sosial elmlər, incəsənət və humanitar elmlər üçün mənbələrin axtarışı, seçimi və təhlili ətraflında müzakirələr aparılıb, həmçinin ədəbiyyat axtarışını genişləndirmək məqsədilə istinad naviqasiyasından istifadə üsullarının seçilməsi istiqamətində ətraflı məlumat verilib. Sonda vebnar iştirakçılarına sertifikatlar təqdim edilib.
Qeyd edək ki, “Clarivate” şirkətinin “Web of Science Core Collection” bazası təbiət, texniki, sosial və humanitar elmlər, eləcə də incəsənət üzrə qlobal əhəmiyyətli jurnallarda, kitablarda və konfrans materiallarında dərc olunan elmi tədqiqat məqalələrini və onlar arasında istinad əlaqələrini özündə cəmləyən zəngin indeks bazasıdır.