
29 dekabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibətilə tədbir keçirilib
Dek 29, 2024 | 12:00
Dek 29, 2024 | 12:00
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos.Yusif Şükürlü Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən və artıq ənənəvi bayramlarımızdan biri olaraq qeyd edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışıb, bayram münasibəti ilə xalqımızı və tədbir iştirakçılarını təbrik edib, daim həmrəy olmağı arzulayıb.
Tarix, arxeologiya və epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov Həmrəylik gününün niyə məhz 31 dekabra təsadüf etməsi tarixindən danışıb, bu tarixi qərarın multikultural dəyərlərin qorunub saxlanması, dünyada yaşayan hər bir azərbaycanlının Vətən eşqinin alovlanması üçün mühüm addımlardan biri olduğunu vurğulayıb.