
AMEA-nın Şəki REM-də Ümumi yığıncaq keçirilib
Dek 26, 2024 | 02:00
Dek 26, 2024 | 02:00
Şəki Regional Elmi Mərkəzdə 2024-cü ilin yekununa həsr edilmiş Ümumi yığıncaq keçirilib.
Yığıncağı açan Şəki REM-in direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü 25 dekabr 2024-cü il tarixində Qazaxıstanda qəzaya uğrayan Embraer E-190 təyyarəsində dünyasını dəyişən insanlara Allahdan rəhmət, yaralılara acil şəfa diləyib.
İştirakçıları yığıncağın gündəliyi ilə tanış edib.
Yığıncaqda Şəki REM-in Həmkarlar Təşkilatının, Mülki Müdafiə Qərargahının, Təchizat xidmət, Elektron Xidmətlər şöbələrinin hesabatları dinlənilib.
Hesabatlar qənaətbəxş hesab edilib.