AMEA-nın Şəki Regional Elmi Mərkəzində Yanğın təhlükəsizliyi ilə bağlı təlim məşğələ keçirilib
Noy 06, 2024 | 04:00
Noy 06, 2024 | 04:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Şəki REM-in Mülki Müdafiə Qərargahının təşkilatçılığı ilə Yanğın təhlükəsizliyi ilə bağlı təlim məşğələ keçirilib.
Təlimin keçirilməsində məqsəd kollektivə yanğın və partlayış təhlükəsizliyini təmin edən qabaqlayıcı tədbirlərin qaydalarının aşılanmasından ibarət olub.
Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin zabitləri Elşən Ədilov və Oruc Qurbanlının iştirakı ilə keçirilən tədbirdə məişətdə yanğın təhlükəsizliyi ilə bağlı müvafiq maarifləndirici məlumatlar verilib, yanğının söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.
Bildirilib ki, hər bir iş yerində yanğınla bağlı mübarizə yolları haqqında əməkdaşların məlumatlı olması riskləri azaltmış olar. Yanğınla ilkin mübarizəyə hazırlıqlı olmaq hər bir kollektiv üzvünün üzərinə düşən ən böyük öhdəliklərdən biridir.
Təlim məşğələdə dinləyicilərin sualları cavablandırılıb, sonda mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.








