AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı APA tv-yə müsahibə verib
Noy 04, 2024 | 10:00
Noy 04, 2024 | 10:00
2 noyabr 2024-cü il tarixində Şəki Regional Elmi Mərkəzin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Akif Məmmədli APA tv əməkdaşları ilə birgə Zaqatala rayonunun Yuxarı Tala ərazisində yerləşən, V-VI əsrlərə aid Pipan məbədində olub. O, APA tv-yə müsahibəsində məbədin tarixi, memarlıq xüsusiyyətləri haqqında geniş məlumat verib.