AMEA-nın Şəki REM-nin əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər
Okt 25, 2024 | 04:50
Okt 25, 2024 | 04:50
Şəki şəhər(rayon) Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Şəki-Oğuz avtomagistralının kənarında həyata keçirilən aksiyada şuranın üzvləri, rəhbər heyəti və Şəki REM-in əməkdaşları iştirak ediblər.
Sözügedən ərazidə regionun torpaq-iqlim şəraitinə uyğun olan 100 ədəd Göyrüş çinsli ağac tinglərinin əkini həyata keçirilib.
Ağacəkmə tədbirinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə verməkdən ibarət olub.








