Şəki Regional Elmi Mərkəzinin əməkdaşları tərəfindən monitorinq aparılıb
Okt 09, 2024 | 12:07

7 oktyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları tərəfindən Şin və Kiş (Damarçın) çaylarının qollarında və onların ətraf ərazilərində ekoloji monitorinq aparılıb. Hər iki çayın məcrasında sel əmələgəlmə şəraitinin cari vəziyyətinin qiymətləndirilməsi məqsədilə, müxtəlif növ ölçmə işləri görülüb.