
Şəki Regional Elmi Mərkəzin əməkdaşı “Türk Dünyası Gənc Yazarlarının I Bakı Forumu”nda iştirak edib
Okt 09, 2024 | 11:09
Okt 09, 2024 | 11:09
AMEA-nın Şəki REM-nin Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin üzvü Tural Adışirinov 5 oktyabr 2024-cü il tarixində Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğız Respublikası və Güney Azərbaycan nümayəndələrinin iştirakı ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının I Bakı Forumu"nda türk dünyasında ədəbi-mədəni əlaqələrin inkişafı ilə bağlı geniş məruzə edib.
Layihə çərçivəsində çap olunmuş “Türk dünyası gənc yazarları” kitabında Tural Adışirin imzası yer alıb.
Qeyd edək ki, Tural Adışirin 2023-cü ildən Birliyin İdarə Heyətində təmsil olunur. Birliyin gənc yazarlara həsr olunmuş bir neçə kitabının tərtibçisidir.