Okt 02, 2024 | 11:39
1 oktyabr 2024-cü il tarixində Şəki REM-in əməkdaşları – Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov, Yevgeniya Bəkirova və Qismət Əhmədov Oğuz rayonunun Muxas, Baş Daşağıl, Bucaq kəndlərində folklor ekspedisiyasında olublar.
Ekspedisiya üzvləri əvvəlcə, Muxas kəndinin bələdiyyə nümayəndəsi Ramiz Məmmədov, kənd sakinləri-riyaziyyat müəllimi Telman Yusifov, ədəbiyyat müəllimi Ruhəngiz Valehovadan, sonra Baş Daşağıl kəndinin məktəb direktoru, tarix müəllimi Mikayıl Şirinov, biologiya müəllimi Lətafət Məmmədəliyeva, kəndin 100 yaşlı sakini Mehralı Səmədovdan, daha sonra Bucaq kəndinin tarix müəllimi Əyyub Həbibullayevdən kəndlərinin əhalisi, əhalinin məşğuliyyəti, adət-ənənəsi, el adətləri, toy-yas mərasimləri, folklor nümunələri haqqında məlumatlar toplayıblar.








