Sen 27, 2024 | 05:03
Şəki Regional Elmi Mərkəzin kollektivi 27 sentyabr 2024-cü il tarixində Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Şəhidlər xatirə kompleksində təşkil edilən rəsmi Anım tədbirində Şəhidlər Xiyabanını ziyarət ediblər. Sonra Şəki REM-in akt zalında Anım günü qeyd edilib.
Əvvəlcə, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının - əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb.
Daha sonra Tarix, arxeologiya, epiqrafika şöbəsinin rəhbəri, t.ü.f.d. Rahim Həsənov, Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyinin qələbənin qazanılmasında mühüm addım olduğunu, ancaq bu qələbədə ən çox şəhidlərə pay düşdüyünü, onların əziz xatirəsinin gələcək nəsillər üçün örnək hesab edildiyini qeyd ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin.








