AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı COP 29 çərçivəsində keçirilən konfransda məruzə edib
Sen 19, 2024 | 03:46
Şəki Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin elmi işçisi Aygün İsmayılova 17-18 sentyabr 2024-cü il tarixlərində COP 29 çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və “Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə onlayn formatda keçirilən “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda beynəlxalq elmi konfransda “Sustaınable development the innovatıve agrarıan sector and its piority directıons in acceleratıng socıo-economıc development (In the case of the Sheki-Zagatala economic region)” adlı məruzə ilə çıxış edib.
Əməkdaşımızı təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzu edirik.