AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları "Ana dilinin saflığı"adlı tədbirdə çıxış ediblər
Sen 17, 2024 | 05:00
Sen 17, 2024 | 05:00
17 sentyabr 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin elmi işçisi Tural Adışirinov Şəki Dövlət Regional Kollecin və Məhsəti Şairlər Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən "Ana dilimizin saflığı" mövzusunda tədbirdə çıxış ediblər.
Həmçinin Şəki REM-in Sənədlərlə iş şöbəsinin müdiri Sevinc Hüseynova, Kitabxana müdiri Günel Musayeva, Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin əməkdaşı Aynur Məmmədova tədbirdə iştirak ediblər.
Tədbir şəhər ziyalıları-şairlər, Regional Kollecin müəllim və tələbə heyətinin nümayəndələrinin maraqlı çıxışları, ifalar, rəqslərlə yadda qalıb.