AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
May 10, 2024 | 12:00
10 may siyasi iradəsi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimizin xilaskarına çevrilmiş Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ad günüdür.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kollektivi Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Azərbaycanda siyasi və iqtisadi sabitliyin təmin edilməsi, iqtisadiyyatın yenidən qurulması və sürətli inkişafı Ulu Öndərin uzaqgörən siyasəti, mütərəqqi ideyaları və Vətənə olan sonsuz sevgisinin nəticəsidir. Azərbaycan dövlətinə və xalqına misilsiz xidməti ilə milli etalona çevrilmiş dahi şəxsiyyət Heydər Əliyev tarix boyu liderlik, müdriklik və vətənpərvərlik rəmzi olaraq xatırlanacaq!