May 01, 2024 | 04:00
30 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Yusif Rəhimov Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində Bəxtiyar Vahabzadənin ev-muzeyində “Yaşıl dünya naminə həmrəy olaq” mövzusunda keçirilən tədbirdə “Yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir” adlı məruzə ilə çıxış edib. Məruzəçi dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən, ətraf mühitin qorunub saxlanmasının vacibliyindən söhbət açaraq, bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə, həmçinin L.Abdullayev adına Diyarşünaslıq klubunun müdiri Dilbazi İsmayılova, B.Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəryəbəyli və M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov çıxış ediblər.
Tədbir muzeyin həyətyanı sahəsində ağacəkmə aksiyası ilə sona çatıb.








