“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrin AMEA-nın Şəki Regional Elmi Mərkəzinə ekskursiyası təşkil edilib
May 01, 2024 | 05:15
May 01, 2024 | 05:15
1 may 2024-cü il tarixində AMEA-nın Şəki REM-i və Şəki Dövlət Regional Kolleci birgə əməkdaşlıq və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tələbələrin Şəki REM-in təcrübə sahəsinə və Genefond bağına ekskursiyalarını təşkil edib. Bitkilərin biomüxtəlifliyi və Genefond şöbəsinin baş aqronomu İlqar Seyidzadə tələbələri həm təcrübə sahəsi, həm də genefond bağı ilə tanış edib. O, bildirib ki, şimal-qərb bölgəsinin iqlim şəraiti üçün səciyyəvi olan və genefondunu təşkil edən mədəni bitkilərin yetişdirilməsi, onların yabanı əcdadlarının genetik ehtiyatlarının qorunub saxlanması, elmi-tədqiqat, seleksiya işlərində istifadə edilməsi kimi vacib məsələlərin icrası Şəki REM-in fəaliyyət istiqamətinin əsas məqsədlərindəndir.








