AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları elmi ekspedisiyada olublar
Apr 19, 2024 | 11:14

19 aprel 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Landşaftşünaslıq şöbəsinin əməkdaşları-şöbə rəhbəri, geol-min.ü.f.d. Hüseyn Mustafabəyli və Saleh Bəşirov, Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən şöbələrarası əməkdaşlıq çərçivəsində Qəbələ rayonunda Dəmiraparançay, Türyançay yataqları və ətraf ərazilərdə monitorinq işləri aparılıb. Mühitin ekoloji vəziyyəti tədqiq edilib, landşaftlarda baş verən dəyişmələrin analizlər əsasında öyrənilməsi məqsədilə qeyd olunan ərazilərdən müxtəlif çay çöküntüləri və torpaq nümunələri götürülüb.