“Ekoloji problemlərə qarşı həmrəylik” mövzusunda təlim keçirilib
Mart 12, 2024 | 04:55

11 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev  “Yaşıl dünya naminə həmrəylik ili”  və RİİB-in könüllülük proqramı çərçivəsində təşkil edilən təlimdə “Ekoloji problemlərə qarşı həmrəylik” mövzusunda çıxış edib.

Təlimçi Şəkidən olan könüllülərə Şəkinin ekoturizm potensialı, ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsində könüllülərin rolu, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində həmrəylik haqqında məlumat verib.