AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Həmkarlar Təşkilatının təşəbbüsü ilə “8 mart Beynəlxalq Qadınlar Günü” nə həsr edilmiş tədbir keçirilib
Mart 07, 2024 | 01:00
07 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü Şəki REM-in qadın əməkdaşlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, elmi, elmi-təşkilati, ictimai fəallıqları ilə fəqlənən, o cümlədən, yubileyi olan xanımları "Fəxri fərman" və "Təşəkkürnamə"lərlə təltif edib.
Şəki REM-in Həmkarlar Təşkilatının sədri Aqil Mustafayev xanımlara arzularını çatdırıb. Daha sonra hər bir xanıma Həmkarlar Təşkilatı adından hədiyyə təqdim olunub.
Şəki REM-in kollektivi adından başda birinci xanım Mehriban Əliyeva olmaqla bütöv Azərbaycan xanımlarını təbrik edir, onlara sağlam, uzun, xoşbəxt ömür arzulayırıq.