AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları vebinara qatılıblar
Fev 20, 2024 | 01:32

15-16 fevral 2024-cü il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elmi katibi Vəfa Atayeva və Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" şirkəti tərəfindən keçirilən "Scopus" və "ScienceDirect" elmmetrik bazalarında “Effektiv axtarış və təhlil üsulları" mövzusunda iki günlük vebinarda iştirak ediblər. Vəfa Atayevanın shrem.az saytına verdiyi məlumata əsasən, vebnarın keçirilməsinin  əsas məqsədi "Scopus" və "ScienceDirect" bazalarından səmərəli istifadə yolları-profilə uyğun jurnalların, müəlliflərin, məqalələrin, istinadların seçilməsi, açar sözlərin doğru təyin edilərək axtarışların aparılması və s. elmi məsələlərin araşdırılmasında  effektiv nəticənin əldə olunmasıdır. Bütün bu kimi məsələlər vebnar iştirakçılarına ətraflı və geniş şəkildə izah edilib.