AMEA-nın Şəki Regional Elmi Mərkəzində YAP Şəki REM Ərazi Təşkilatının yığıncağı keçirilib
Yan 17, 2024 | 03:13

18 yanvar 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində YAP Şəki REM Ərazi Təşkilatının yığıncağı keçirilib. Yığıncaqda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin YAP Şəki REM Ərazi Təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan YAP Şəki REM Ərazi Təşkilatının sədri, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü YAP-ın dünənin, bu günün və sabahın partiyası olması fikrinin Azərbaycanın bugünkü inkişafında bir daha təsdiqləndiyini vurğulayıb. 

Yığıncaqda YAP Şəki REM Ərazi Təşkilatının sədr müavini, Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov YAP Şəki REM Ərazi Təşkilatının illik hesabatını təqdim edib. O qeyd edib ki, Şəki REM YAP Ərazi ilk partiyanın qeydiyyatında hal-hazırda, YAP Şəki Rayon Təşkilatı ilə birlikdə aparılmış son dəqiqləşmələrə əsasən 32 nəfər müəssisədə faktiki işləyən və 5 nəfər qeydiyyatda olan, lakin işləməyən YAP üzvləri vardır. Bir nəfər partiya üzvü Məcidova Gülnarə Nadir qızı 2023-cü ilin iyul ayında vəfat etdiyinə görə YAP Şəki Rayon Təşkilatına müraciət olunub və qeydiyyatdan çıxarılıb.

Məruzəçi, həmçinin əlavə edib ki, bu il də Şəki REM-in Yap üzvləri müəssisə tərəfindən həyata keçirilən 20 Yanvar Ümumxalq Hüzn Gününün, Xocalı faciəsinin ildönümləri, 26 İyun Silahlı Qüvvələr Günü,  8 Noyabr Zəfər Günü və s. tədbirlərdə yüksək fəallıq göstəriblər.

Sonda YAP üzvləri Yevgeniya Bəkirova, Reyhan Mənəfova, Aygün İsmayılova və Elvin Qarayev Şəki REM YAP Ərazi Təşkilatının 2023-cü ildəki fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər. Təklif yekdilliklə qəbul olunub.