AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tədbirlər planı hazırlanıb
Yan 16, 2024 | 02:54

15-16 yanvar 2024-cü il tarixlərində AMEA-nın Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan  Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamlarının icrası ilə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2024-cü il üzrə Tədbirlər planının hazırlanması üçün işçi qrupunun iclası keçirilib, müzakirələr aparılıb, təkliflər dinlənilib. Tədbirlər planına ümumilikdə 14 tədbirin daxil edilməsi nəzərdə tutulub.