AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri “Coursera” sertifikatları ilə təltif olunub
Yan 10, 2024 | 05:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Namiq Abduramanov AMEA-nın Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin təşəbbüsü ilə “4Sİ Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlərdə iştirak edib.

              “4Sİ Akademiyası” layihəsi İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ABŞ-ın “Coursera” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirilir. Layihənin məqsədi müxtəlif ölkələrdə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. Şöbənin müdiri Namiq Abdurahmanov “DeepLearning.AI” şirkətinin “AI for Everyone”, Miçiqan Universitetinin “Introduction to HTML5”, “IBM” şirkətinin “What is Data Science?”, Qualcomm Akademiyasının “5G for Everyone”, “Deep Teaching Solutions” şirkətinin “Learning How to Learn: Powerful mental tools to help you master tough subjects”, Georgia of System Universitetinin “Ethics of Artificial İntelligence” və “Cybersecurity and Mobility” “Microsoft” şirkətinin “Computer Vision in Microsoft Azure”, “Google” şirkətinin “Introduction to Generative AI”, Yonsei Universitetinin “Deep Learning for Business”, California San Diego of Universitetinin “İnternet of Things: Communication Technologies” və  “İnternet of Things: Multimedia Technologies”, New York Universitetinin “İntroduction to Cyber Attacks”, Pohang of Science and Technology (POSTECH) Universitetinin “İntroduction and Programming with IoT Boards”, California of Irvine Universitetinin  “İELTS Writing Section Skills Mastery”, “İNSEAD” şirkətinin “İntroduction to Blockchain Technologies”

 “Meta” şirkətinin “İntroduction to Android Mobile Application Development”, Northwestern Universitetinin ““Leadership Through Social İnfluence”, New York Universitetinin “Enterprise and İnfrastructure Security” və “Real-Time Cyber Threat Detection and Mitigation”, Boulder Kolorado Universitetinin “Successful Presentation”, Miçiqan Universitetinin “Critical Thinking for the Information Age”, Mines-Télécom İnstitutunun “5G Network Fundamentals” kurslarını müvəffəqiyyətlə başa vurduğuna görə “Coursera” platforması tərəfindən ümumilikdə 49 sertifikatla təltif olunub.

          Qeyd edək ki, “Coursera” 100 milyondan çox insanın təhsil aldığı, 7000-dən çox kursun tədris olunduğu onlayn təhsil platformasıdır. Proqram çərçivəsində tədris dili ingilis dilində olmaqla 4Sİ texnologiyaları, o cümlədən süni intellekt, maşın öyrənməsi, böyük verilənlər (Big Data), data analitika, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlar da daxil olmaqla ümumilikdə 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 800-ə yaxın kursdan yararlanmaq mümkündür.