AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyinə həsr edilmiş tədbirdə iştirak ediblər
Noy 25, 2023 | 04:00

25 noyabr 2023-cü il tarixində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəki Dövlət Dram Teatrında görkəmli kinorejissor, Xalq artisti Rasim Ocaqovun 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, müavini Zərinə Cavadova, Xalq artistləri Şəfiqə Məmmədova, Hacı İsmayılov, Fəxrəddin Manafov, Rasim Ocaqovun ailə üzvləri, dostları, Şəkinin elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə işçiləri-Ocaqov sevərlər iştirak ediblər. Respublikanın mədəniyyət və incəsənət xadimləri kinorejissor haqqında xatirələrini bölüşüblər. Tədbir Şəki Dövlət Musiqi Kollecinin müəllim və tələbələrinin bir-birindən maraqlı ifaları, eləcə də Şəki Dövlət Dram Teatrının aktyorlarının yüksək səviyyədə çıxışları ilə yadda qalıb. Tədbir Azərbaycan Dövlət Televiziyası, Kanal S tərəfindən lentə alınıb.