AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları elmi konfransda məruzələrlə çıxış ediblər
Dek 29, 2023 | 01:30

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşları - şöbə rəhbəri Yusif Rəhimov, böyük elmi işçi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, b.laborant Elvin Qarayev Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Davamlı inkişaf strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II Beynəlxalq elmi konfransda məruzələrlə çıxış ediblər.