Dek 05, 2023 | 04:00
05 dekabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işini onlayn platforma bölmələri üzrə davam etdirib. Ümumilikdə konfrans 04-05 dekabr 2023-cü il tarixlərində 3 - Mədəni irs, Milli-mənəvi dəyərlər və Təbii resurslar onlayn platforma bölməsi üzrə məruzələrlə əhatə olunub. Bölmə iclasları birinci onlayn platforma bölməsi üzrə moderatorlar fil.ü.f.s., dos. Ulduz Mürşüdova, Rahim Həsənov, katib Təranə Abdullayeva, II onlayn platforma bölməsi üzrə moderator ped.e.d., prof. Firədun İbrahimov, katib Reyhan Mənəfova, III onlayn platforma bölməsi üzrə moderatorlar geo.ü.f.d. Hüseyn Mustafabəyli, Yusif Rəhimov, katiblər Vəfa Atayeva və Ayşən Salmanova tərəfindən aparılıb. Konfransda Azərbaycanın Bakı, Gəncə, Quba, Lənkəran, Şəki, Şamaxı, Mingəçevir, Qax, Göygöl, Zaqatala, Balakən şəhərlərindən, eləcə də, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxstan, İndoneziya, Pakistan, Hindistan, Bolqarıstan, Misirdən olan iştirakçıların məruzələri dinlənilib. Konfrans 05 dekabr 2023-cü il tarixində öz işini yekunlaşdırıb. Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d.,dos. Yusif Şükürlü konfransa qatılan məruzəçilərə təşəkkürünü bildirib, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb və konfransda çıxış edən hər bir məruzəçiyə sertifikat və məruzələr toplusunun pdf formasının elektron poçt vasitəsilə göndəriləcəyini qeyd edib.