AMEA-nın Şəki Regional Elmi Mərkəzinin daha bir uğuru
Noy 24, 2023 | 01:00

Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Kamil Fikrət oğlu Adışirinovun (5716.01 – Azərbaycan ədəbiyyatı) filologiya üzrə elmlər doktoru dərəcəsi almaq üçün “Azərbaycan ədəbiyyatının inkişafında Şəki ədəbi-mədəni mühitinin rolu (1900-2015-ci illər)” adlı dissertasiya işi Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasına təqdim edilib. Qeyd edək ki, Kamil Adışirinovun müdafiəsi 21 dekabr 2023-cü ildə baş tutacaq.

Kamil Adışirinovu təbrik edir, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.