AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlünün elmi məqaləsi dərc olunub
Noy 20, 2023 | 05:34

Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlü və Mədinə Şərifovanın “İpəkqurdunun cinsiyyətinin tənzimlənməsi üçün biotexnoloji üsul” adlı müştərək məqaləsi “Animal Biology” jurnalında dərc edilib.

Məqalədə ipəkqurdu populyasiyasının məhsuldarlığını səmərəli şəkildə artırmaq üçün biotexnoloji yanaşmalardan istifadə araşdırılıb. Həmçinin, maqnit sahəsinin ipəkqurdu nəslinin cins nisbətinə necə təsir etdiyini nümayiş etdirən riyazi model işlənib hazırlanmış və maqnit sahəsinin gücü əsasında erkək və dişi ipəkqurdu nəslinin nisbətini idarə etmək və proqnozlaşdırmaq üçün alınan nəticələr təqdim  edilmişdir.

https://brill.com/view/journals/ab/aop/article-10.1163-15707563-bja10123/article-10.1163-15707563-bja10123.xml