Noy 13, 2023 | 01:00
13 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları-elmi katib Vəfa Atayeva və Ekoloji biofizika şəbəsinin elmi işçisi Ayşən Salmanovanın müştərək məqaləsi 26-28 October 2023 tarixlərində Yaponiyanın Tokio şəhərində keçirilən “Proceedings of II International Scientific and Practical Conference” konfransının materiallarında çap edilib.
Qeyd edək ki, məqalədə “Mərəvcə” (Smilax L) bitkisinin tünd qırmızı rəngli payız yarpaqlarından əldə olunmuş bioekstraktların ekstragentlərdən asılı olaraq otaq temperaturunda, keyfiyyətini və rəngini dəyişmədən saxlama müddətinin öyrənilməsindən bəhs edilir. Məqalədə eksperimentlərin nəticəsi olaraq 1% limon turşusu və 70% etil spirtinin binar məhlulundan əldə edilən bioekstraktın digər bioekstraktlara nisbətən daha çox saxlama müddətinə malik olduğu müəyyənləşdirilib.