Elm və təhsil müəssisələri arasında onlayn formatda görüş keçirilib
Noy 02, 2023 | 11:00

26 oktyabr 2023-cü il tarixində Azərbaycan, İndoneziya, Pakistan və Hindistanın elm və təhsil müəssisələrinin professor heyətinin onlayn əməkdaşlıq görüşü keçirilib. Görüşdə ölkələrin qarşılıqlı anlaşma, maraq, fəaliyyəti əsasında akademiklər və tələbə heyətinin bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasından əldə oluna biləcək tədqiqat təcrübələrinin bölüşdürülməsi məsələləri müzakirə edilib.