AMEA-nın Şəki Regional Elmi Mərkəzi ilə İndoneziyanın Riau Universiteti arasında akademik əlaqələrin qurulmasına dair Memorandum imzalanıb
Sen 27, 2023 | 04:31

27 sentyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü və İndoneziyanın Riau Universitetinin rektoru, prof.,dok. Sri İndarti ikitərəfli akademik əlaqələrin qurulmasına dair Memorandum imzalayıblar. Sənəddə iki təşkilatın qarşılıqlı anlaşma, maraq, fəaliyyəti əsasında akademiklər və tələbə heyətinin bir araya gətirilməsi, onlar arasında əlaqələrin qurulmasından əldə oluna biləcək tədqiqat təcrübələrinin bölüşdürülməsi kimi məsələlər öz əksini tapıb. Memorandumda öyrənmənin, araşdırmanın, proyektlər və mədəni fəaliyyətlərdə əlaqələrin önə çəkilməsi, heyət və tələbə mübadiləsi üçün imkanların təmin edilməsi, birgə araşdırma, seminar və konfransların, təhsil proqramlarının inkişaf etdirilməsi, akademik materialların mübadiləsinin təşkil edilməsi nəzərdə tutulur.