Okt 17, 2023 | 03:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geo-min.ü.f.d. Hüseyn Mustafabəyli və şöbənin elmi işçisi Murad Qəhrəmanovun “Qarabağ və Şərqi Zəngəzur bölgələri landşaftlarının bərpası və biomüxtəlifliyin qorunması” adlı məqaləsi Qazaxıstanın “Endless light in science” Beynəlxalq elmi-praktik (impact factor) dərgisində nəşr edilib.
Məqalədə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri ərazisində, landşaftşünaslıq elminin imkanlarından və qonşu ərazilərdə aparılmış elmi-tədqiqat işlərində qazanılan təcrübələrdən istifadə etməklə bu bölgələrin pozulmuş landşaftlarının bərpa işlərinə köməklik göstərmək əsas məqsəd hesab edilir. Eyni zamanda biomüxtəlifliyin qorunması üçün süxur tərkibində K, Ca və Mg elementlərinin toplayıcıları olan süxurların iştirakı və onların yarıqapalı relyef şəraitində formalaşdırdıqları əlverişli landşaft mərzlərinin münasib hesab edilməsi kimi vacib məsələlər təqdid olunub.