Şəki Regional Elmi Mərkəzdə Elektron xidmətlər şöbəsi yaradılıb
Sen 15, 2023 | 10:00

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 11 sentyabr 2023-cü il tarixli 17/13 №-li “AMEA-nın Şəki Regional Elmi Mərkəzində Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi yaradılması haqqında” qərarına əsasən 14 sentyabr 2023-cü il tarixində Şəki REM-in Elmi-texniki informasiya şöbəsinin bazasında daxili imkanlar hesabına Elektron xidmətlər şöbəsi yaradılıb. Şöbəyə rəhbərlik Namiq Abdurahmanova tapşırılıb. ŞREM-in Sənədlərlə iş şöbəsinin rəhbərliyi Sevinc Hüseynovaya həvalə edilib.