Şəki Regional Elmi Mərkəzin əməkdaşları növbəti elmi ekspedisiyada olublar
Okt 09, 2023 | 12:00

6 oktyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin əməkdaşları – şöbə rəhbəri İradə Yusifova, elmi işçi Tural Adışirinov Şəki rayonunun Suçma, Dərəcənnət və Aran kəndlərində folklor ekspedisiyasında olublar.

Ekspedisiya zamanı Suçma-Dərəcənnət kəndələrinin icra nümayəndəsi Həsən Abdullayev, həmçinin kəndin yaşlı ziyalıları-Zaməddin Musayev, Ziyəddin Məmmədov, İsmayıl Abdullayev ilə, Aran kəndinin icra nümayəndəsi Müslüm Əliyev, həmçinin kəndin yaşlı sakinləri Ziyad Məmmədov, Şəmsi İbrahimovla söhbətlər aparılıb. Kəndlərin adət-ənənəsi, folkloru, əhalinin məşğuliyyəti haqqında geniş məlumatlar əldə edilib.