AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının elmi məqalələri dərc edilib
Okt 06, 2023 | 03:00

Şəki Regional Elmi Mərkəzin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin elmi işçisi Elşən Abdurahmanov və “İctimaiyyətlə əlaqələr” şöbəsinin rəhbəri Reyhan Mənəfovanın “Deyimlərdə gizlənən xalq təfəkkürü” müştərək, “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin əməkdaşı Habil Xəlilovun “Şəki Xan məscidi və Xan qəbiristanlığının bərpası Heydər Əliyev siyasətinin davam etdirilməsinin bariz nümunəsi kimi”, “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılovanın “Şəki-Zaqatala iqtisadi rayonunda kənd əhalisinin səmərəli məşğulluğunun təmin edilməsinin ümumi strateji və sosial-demoqrafik istiqamətləri” adlı məqalələri 16-17 avqust tarixlərində Şəki şəhərində keçirilən “V Uluslararası Bahtiyar Vahapzade Türk Dünyası Tarih, Kültür ve Edebiyat Konqresi”nin Məqalələr toplusunda dərc edilib.

Müəllifləri təbrik edir və elmi fəaliyyətlərində uğurlar arzulayırıq.