AMEA-nın Şəki Regional Elmi Mərkəzdə aqrotexniki işlər davam etdirilir
Okt 06, 2023 | 01:00
Okt 06, 2023 | 01:00
06 oktyabr 2023-cü il tarixində Şəki Regional Elmi Mərkəzin “Bitkilərin biomüxtəlifliyi və genofond” şöbəsinin baş aqronomu İlqar Seyidov məlumat verib ki, hazırda Genofond bağında şöbənin əməkdaşları tərəfindən bağın alaq otlarından təmizlənməsi, cərgə aralarının yumşaldılması, ağacların kultivasiyası xəstəlik və ziyanvericilərə qarşı kimyəvi və mexaniki mübarizənin aparılması, ağaclara üzvi və mineral cübrələrin verilməsi kimi işlər aqrotexniki qaydalarla aparılır. Qeyd edib ki, aqrotexniki qaydalarla işlərin aparılması tinglərin inkişafı üçün əlverişli şəraitin yaranmasına kömək edəcək, onların yetişmə faizini daha da yüksəldəcəkdir.