Şəki Regional Elmi Mərkəzinin əməkdaşı Təhsil Forumuna qatılıb
Okt 06, 2023 | 12:00

ŞREM-in “Ekoloji coğrafiya” şöbəsinin əməkdaşı Elvin Qarayev 5 oktyabr 2023-cü il tarixində “Təhsildə Yeni Çağırışlar IV Beynəlxalq Forumu”na onlayn qatılıb. Qeyd edək ki, “Heydər Əliyev İli”nə həsr edilən Beynəlxalq Forum Ulu Öndərin “Mən müəllimdən yüksək ad tanımıram” ideyasını rəhbər tutur. Forum Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması, Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı, “Təhsil TV”, “Azərbaycan müəllimi” qəzeti və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formatda keçirilib. Forumda təhsildə yeni çağırışlar müzakirə edilib, yeni dövrün təhsil tələbləri nəzərdən keçirilərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq üçün istiqamətlər verilib.