AMEA-nın Şəki Regional Elmi Mərkəzində tədqiqatlar davam etdirilir
Sen 29, 2023 | 02:00
Şəki Regional Elmi Mərkəzin "Ekoloji coğrafiya" şöbəsinin əməkdaşı Elvin Qarayevin impakt faktorlu Elmi Tədqiqat Beynəlxalq onlayn elmi jurnalında "Azərbaycan torpaqlarının eroziyası və onlarla mübarizə tədbirləri" başlıqlı məqaləsi dərc edilib. Məqalədə Böyük Qafqazın Salavat aşırımının qərb yamacı, Qaflan dağının şərq yamacındakı səthi və xətti eroziya prosesləri, həmçinin Böyük Qafqazın təhlükəli, selli çaylarından olan Şinə sentyabr ayında gələn selin törətdiyi fəsadlar və onların aradan qaldırılması tədbirlərini əks etdirən təkliflər işıqlandırılıb. Qeyd edək ki, məqalə müəllifin 2023-cü ilin avqust, sentyabr aylarında apardığı elmi ekspedisiya işlərinin nəticələrinin tədqiqata cəlb olunması əsasında qələmə alınıb.
Elvin Qarayevi təbrik edir, növbəti tədqiqatlarında uğurlar arzulayırıq.