Şəki Regional Elmi Mərkəzin növbəti uğuru
Sen 15, 2023 | 05:00

15 sentyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Tarix, arxeologiya və epiqrafika" şöbəsinin rəhbəri, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun dissertantı Rahim Rafiq oğlu Həsənov AMEA Tarix İnstitutunun Elmi Şurasında tarix üzrə fəlsəfə doktoru elmi adı almaq üçün "Azərbaycan Xalq Cümhuriyyəti siyasi xadimlərinin dövlətçilik fəaliyyəti" mövzusu üzrə dissertasiya işini uğurla müdafiə edib.