Şəki Regional Elmi Mərkəzində tədqiqatlar davam etdirilir
Sen 06, 2023 | 10:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzin “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Xəyal Vəlibəyovun “TİGaSe2˂Pr˃ kristallarının optik xassələri” adlı məqaləsi 08-09 iyun 2023-cü il tarixlərində iştirak etdiyi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nəzəri və tətbiqi fizikanın inkişafı” mövzusunda konfransın materialları səhifələrində dərc edilib. Qeyd edək ki, məqalədə TİGaSe2 kristallarının sintezi və yetişdirilməsi texnologiyası, kristalların 77-300 K tempratur intervalında optik udulma tədqiqatlarının aparılması istiqamətində əldə edilən mühüm nəticələr öz əksini tapıb.