Avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günüdür
Avg 09, 2023 | 12:00

Beynəlxalq Kitabsevərlər Günü Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi şəkildə Milli Kitab günü kimi qeyd olunub. Sonralar bu bayram dünyanın bir çox yerlərində Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd olunmağa başlayıb.

 Kitab möcüzədir, bu möcüzə onu sevənlərə dünyanı kəşf etdirir. Nitqi inkişaf etdirən bu möcüzəvi iksir həm də dünyagörüşünü artırır. Kitabsevərlər üçün kitab bətnində xoşbəxtlik formulunu gizlədən ən gözəl hədiyyədir, o, insan təfəkkürünün və ruhunun qida mənbəyidir. Odur ki, bu bayramda kitabsevərlərə kitab hədiyyə etməyə, kitabların möcüzəsini ətrafınızdakı insanlarla bölüşməyə tələsin.

Günümüz mübarək, əziz kitabsevərlər!