“Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfrans
Avg 03, 2023 | 04:14

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru, f.ü.f.d., dos. Yusif Şükürlünün Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə keçirilmiş “Süni intellekt texnologiyaları və aerokosmik problemlər” mövzusunda beynəlxalq konfransda “Azərbaycanın şimal-qərb regionunda süni intellekt sayəsində arxeologiya və mədəni irsə aid mühüm tapıntılar” adlı məruzəsi çap olunub.

Məruzədə Böyük Qafqazın cənubu Şəkinin Baş Şabalıd kəndinin şərqində dağlıq ərazidə yerləşən qədim yaşayış məskəni Danaveç, şimal-qərb regionunun ən yüksək dərəsi-Teymurçin dərəsi, “Müqəddəs Ana Od” abidəsi ilk dəfə elmi tədqiqat müstəvisinə çıxarılıb, onlar haqqında ətraflı məlumat verilib. Müəllif Kiş çayının Teymurçin qolunun mənbəyi olan Teymurçin dərəsinin arxeoloji qalıqlarla zəngin olduğunu və bu ərazinin turizm potensialı baxımından əhəmiyyətini nəzərə alaraq daha geniş miqyasda tədqiqata cəlb edilməsinin vacibliyini vurğulayıb.

ŞREM-in kollektivi adından dosent Yusif Şükürlüyə elmi fəaliyyətində uğurlarının davamını arzu edirik.

file:///C:/Users/dell/Downloads/MAA_Konfrans.pdf