“Elm” qəzetinin növbəti sayı çapdan çıxıb
İyl 28, 2023 | 04:00

AMEA-nın Rəyasət Heyətinin 3 dildə fəaliyyət göstərən həftəlik mətbu orqanı olan “Elm” (“Наука”; “Science”) qəzetinin növbəti sayı çapdan çıxıb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, “Ədəbi proses – 2022” elmi-yaradıcılıq müşavirəsi, “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın Təşkilat Komitəsinin iclası, akademik İsa Həbibbəylinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi fond və ekspozisiya şöbəsinin İçərişəhərdə yerləşən Muzey sərgi zalı ilə tanışlığı, AMEA rəhbərinin TÜBİTAK-ın 60 illiyi münasibətilə professor Hasan Mandala ünvanladığı təbrik məktubu, AMEA prezidentinin MAQATE-də çalışan həmvətənimizlə görüşü, “Heydər Əliyev siyasətindən bəhs edən monoqrafiya”, “Müstəqillik dövrünün milli öndəri”, “Azərbaycanın elmi, mədəni irsini tədqiq edən sələf”, “Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin səbəbləri və nəticələri haqqında” sərlövhəli məqalələr, həmçinin rus və ingilis dillərində digər informasiyalarla tanış ola bilərsiniz.

science.gov.az