Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib
İyl 28, 2023 | 04:40

shrem.az science.gov.az saytına istinadən xəbər verir ki, elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 fevral tarixli 936 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 94) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

  1. “Ramiz Mehdiyev” sözləri “İsa Həbibbəyli” sözləri ilə əvəz edilsin.
  2. “Əbülfəs Qarayev” sözləri “Adil Kərimli” sözləri ilə əvəz edilsin.
  3. “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri ilə əvəz edilsin.
  4. “Ceyhun Bayramov – Azərbaycan Respublikasının Təhsil naziri” sözləri “Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri” sözləri ilə əvəz edilsin.
  5. “İbrahim Quliyev” sözləri “Arif Həşimov” sözləri ilə əvəz edilsin.
  6. “İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti” sözləri “İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti” sözləri ilə əvəz edilsin.
  7. “Ömər Eldarov” sözləri “Natiq Əliyev” sözləri ilə əvəz edilsin.
  8. “Natiq Əliyev – Xalq rəssamı” sözləri “Ömər Eldarov – Xalq rəssamı” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2023-cü il