Şəki REM-in əməkdaşı Milli Mətbuat Günü münasibətilə "Döş Nişanı"na layiq görülüb
İyl 28, 2023 | 11:00

26 iyul 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, "Ədəbi mühit, folklor və etnoqrafiya" şöbəsinin kiçik elmi işçisi, Manera.az ədəbiyyat və mədəniyyət saytının redaktoru Tural Adışirinov "Hədəf-15" Döş Nişanı ilə təltif edilib.

Hədəf Şirkətlər Qrupu tərəfindən təsis edilən döş nişanı ilə elm, təhsil və mədəniyyət sahələrinin inkişafında xidmətlərinə görə fərqlənən media nümayəndələri təltif edilirlər.